📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xoşqədəm Hidayətqızı "Xəzər" TV-dən ayrıldı: Hansı kanala gedir?

2021-08-23 20:09:00

Xoşqədəm Hidayətqızı

Aparıcı Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı "Xəzər" televiziyası ilə yollarını ayırıb.

Hurriyyet.org bildirir ki, bu haqda Qaynarinfo-ya Xəzər Media Mərkəzindən bildirilib. Məlumata əsasən, proqram növbəti mövsümdən "Xəzər TV"də yayımlanmayacaq:

"Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra "Xəzər" TV-də "Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır. "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyeva kanaldan öz istəyi ilə ayrılıb. "Xəzər" TV-nin rəhbərliyi ona bundan sonra da uğurlar arzu etdiyini bildirir".

Qeyd edək ki, bir neçə gün öncə aparıcının yeni mövsümdən ARB-də efirə çıxacağı haqqında mətbuatda xəbər yayılmışdı.