📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XTQ komandanı vəzifəsində Hikmət Mirzəyevi kim əvəzləyəcək? - FOTO

2024-06-04 13:04:00

XTQ komandanı vəzifəsində Hikmət Mirzəyevi kim əvəzləyəcək? - FOTO

Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.

Hurriyyet.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.

A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunub.

Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.