📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xudatyan: "Azərbaycanla enerji şəbəkələrinin əlaqələndirilməsi müzakirə olunur"

2026-10-08 15:18:11

Xudatyan:

"İrəvan və Ankara iki dövlətin enerji sistemlərinin əlaqələndirilməsi imkanlarını nəzərdən keçiriblər".

Hurriyyet.net  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

"Biz elektrik enerjisinin ötürülməsini təmin etmək, ehtiyac yarandıqda Türkiyəyə enerji satmaq və ya oradan almaq məqsədilə Gümrü-Qars xəttinin işə salınması məsələsini müzakirə etdik. Bu proses hazırda Gürcüstan və İranla həyata keçirdiyimiz eyni məntiqə əsaslanır", - deyə nazir bildirib.

Xudatyan əlavə edib ki, eyni zamanda, bu istiqamətdə məsələlərin müzakirəsinə Azərbaycanla da başlanılıb.