📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xüsusi karantin rejiminin müddəti uzadıldı - BU MÜDDƏTƏ QƏDƏR

2024-06-24 17:05:15

Xüsusi karantin rejiminin müddəti uzadıldı - BU MÜDDƏTƏ QƏDƏR

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.