📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xüsusi rütbə və geyimlə bağlı yenilik: Qanun dəyişir

2026-10-16 16:24:57

Xüsusi rütbə və geyimlə bağlı yenilik: Qanun dəyişir

Milli Məclisin bugünkü iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Sənədlə ədliyyə orqanlarının tibb xidmətində çalışan hərbi qulluqçuların hüquqi statusu tənzimlənir.

Musavat.com xəbər verir ki, qanun layihəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil olunması təklif edilir. Bu dəyişiklik sayəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatdakı hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında həllini tapacaq.

Sənəddə yer alan digər yenilik isə məhkəmə ekspertizası idarəsində qulluq keçən və xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit olunması ilə bağlıdır. 

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.