📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xüsusi Təyinatlı Qüvvələrin maaşları artırıldı - Fərman

2023-11-07 15:56:18

Xüsusi Təyinatlı Qüvvələrin maaşları artırıldı - Fərman

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb.