📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xüsusi təyinatlılar Rusiyanın raket kompleksini dronla vurdular – “Nə oldu, “Tor”?” - VİDEO

2023-03-28 14:39:00

Xüsusi təyinatlılar Rusiyanın raket kompleksini dronla vurdular – “Nə oldu, “Tor”?” - VİDEO

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “A” Xüsusi Əməliyyatlar Mərkəzinin xüsusi təyinatlıları kamikadze dronun köməyi ilə Rusiyanın “TOR-M2” zenit-raket sistemini məhv ediblər.

Bu barədə məlumat UTX-nin mətbuat xidməti tərəfindən verilib.

Açıqlamada deyilir: “Təkcə mart ayında döyüşçülərimiz artıq dördüncü “Tor”u məhv ediblər! Qeyd edək ki, məhz bu komplekslər 12 km uzaqlıqda və 10 km hündürlükdə hava hədəflərini məhv eləmək qabiliyyətinə malikdirlər. Ona görə də sual veririk: “Nə oldu?”

Hürr Tərcüman