📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XX əsrin faciəsi: Xocalı soyqırımından 30 il ötür

2022-02-26 09:00:00

XX əsrin faciəsi: Xocalı soyqırımından 30 il ötür

Bu gün Xocalı soyqırımından 30 il ötür. Erməni vandallarının 30il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımza qarşıtörətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarınınxatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznləanılır.

Hurriyyet.az-ın məlumatına görə, bu il isə növbəti dəfədir ki, həmin insanlarınruhunu həm də bir qalib xalq kimi anacağıq, artıq özümüzdə təsəllitapırıq ki, həmin insanların ruhu şaddır, Vətən müharibəsindəqələbəmiz həmin insanların narahat ruhlarına da bir rahatlıqgətirib. Biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimideyil, başıuca, qalib xalq kimi anırıq. 2020-ci il sentyabrın27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaqZəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsindəAzərbaycanın işğal edilmiş əraziləri işğaldan azad edilib, qüdrətliAzərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiyaaktına imza atmağa məcbur olub.

Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş bircinayət idi. Hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamiləErmənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ciilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriyazərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər.İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dincəhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiyaolundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruzqaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağıntaleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədənxəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı gülləyarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaqvalideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisiniitirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncəverilməklə vəhşicəsinə öldürüldü.

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibəninsəbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakıfaciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edirki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan vətəsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinintərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlüqırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinəyönəlmişdi.

Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistantərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər vəXocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn,xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım CinayətininQarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülkivə Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial vəMədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və DigərQəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəzanövlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarınınləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqlarıhaqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqlarınmüdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla birsıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakıtam sübuta yetirilib və onların Azərbaycan Cinayət Məcəlləsininsoyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişəzamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digərcinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiqqərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-əyaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dənartıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaqhərəkətləri icra edilib.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güctətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddişəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylıbeynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildəpisləyib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu iltarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumdaiştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıqəleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimiqiymətləndirərək mühüm nəticəyə gəlib.

Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərininişğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla vəağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda mayor OhanyanSeyran Mişeqoviçin komandanlığı altında 366-cı alayın 2-cibatalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alaydaxidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak edib("Xocalının işğalına dair istintaq materiallarından").

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaqistəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib.Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən,dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruzqalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə gülləyaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfərküt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamınbaş dərisinin soyulması faktını da qeydə alıb.

Öz təqsirini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəkimüdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniyajurnalisti Tomas de Vaala müsahibəsində demişdi: "Xocalıdan qabaqazərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldırabilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq" (Tomas de Vaal,Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (NyuYork və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh.172).

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəlisəhifələrdən biri kimi daxil olub.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində ermənimillətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinəməruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub,qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilərtərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub.Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovetdövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 minazərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Arazdüzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixitorpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu vəbununla da Ermənistan monoetnik dövlətə çevrildi.

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr,erməni ideoloqların "dənizdən dənizə Ermənistan" adlı sərsəmideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, onminlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öztarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan DağlıqQarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinayət vəvəhşiliyə hazır olduqlarını nümayiş etdirirdi. XX əsrin faciəsiolan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətininnəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycanxalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağırcinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima,Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sıradadayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu,bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarətolan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digərtərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silməkməqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o,Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix vəmədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyəttarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalınınkromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri,həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişafdinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhvedilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalıqəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi ermənivandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinəqarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalısakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyükErmənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görəermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakiniSəriyyə Talıbova danışırdı ki, "4 məshəti türkü və 3azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonradaha 2 azərbaycanlının gözlərini çıxartdılar".

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredicihərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını vəbədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb,hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıdaistifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvisilahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın CenevrəKonvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına ziddolaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyinitəsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü,ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşıolan jurnalist və publisistləri dəhşətə gətirib.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəriqanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməzolduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixliSoyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılmasıhaqqında Konvensiyanı rəhbər tutaraq, Ermənistana qarşı BMT-ninBeynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslaramalikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqınaqarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşıtörədilib. Yaxın keçmişdə Ermənistanda mühüm dövlət postlarınıtutmuş Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan vədigərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalqməhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzüdünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalqtəşkilatlar, dünya dövlətlərinin parlamentləri ErmənistanınAzərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalısoyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqiqiymət verməlidir.

Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslamƏməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskinşəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıqəleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə vəqərarlar qəbul ediblər.