📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ya Qarabağdan çıxmalıyıq, ya da ölməliyik” – Arutyunyandan sərsəm AÇIQLAMA

2023-03-25 16:38:00

“Ya Qarabağdan çıxmalıyıq, ya da ölməliyik” – Arutyunyandan sərsəm AÇIQLAMA

Erməni separatçılarının başçısı Arayik Arutyunyan bu yaxınlarda Moskvada "işgüzar" səfərdə olub və bir neçə gün əvvəl geri qayıdıb. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, baş separatçı Moskvadan qayıtdıqdan sonra yaxın ətrafına bildirib ki, onların iki yolu var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək və lazım gələrsə, ölmək...

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Erməni mənbələri həmçinin qeyd edib ki, Arayik yeni müharibəyə hazırlaşmaq və silahlanmaq barədə göstəriş verib.

İstefa mövzusuna toxunan Arayik hələlik bu mövzunun qapalı olduğunu, yaxın gələcəkdə "seçkilərin" olmayacağını bildirib.

bizim.media