Yadigar Sadıqlı: “AXCP Ali Məclisinin toplantısı barədə informasiyanı görəndə 1 aprel zarafatı hesab etdim”
AXCP Ali Məclisinin toplantısı barədə informasiyanı görəndə 1 aprel zarafatı hesab etdim. Gerçək imiş, cəbhəçiləri təbrik edirəm.
Bunu Müsavat başqanlığına sabiq namizəd Yadigar Sadıqlı bildirib.
Y.Sadıqlı qeyd edib ki, bu ilin oktyabrında Müsavat başqanı Arif Hacılının səlahiyyət müddəti başa çatacaq: “Daha namizəd olmaq hüququ da yoxdur, partiya özünün yeddinci başqanını seçməlidir. Amma heç bir hazırlıq getmir. Adətən qurultaya ən azı 1 il qalarkən Təşkilat Komitəsi yaradılır, rayon təşkilatlarında yığıncaqlar keçirilir, nümayəndələr seçilir. İndi isə bunu müşahidə etmirik. Əminəm, 2024-cü ildə də deyəcəklər ki, qarşıdan parlament və prezident seçkiləri gəlir, gücümüzü ona yönəltməliyik. Nə güc qalıbsa. Bir sözlə, növbəti qurultayın 2026-cı ildən tez keçirilməsini gözləmirəm. Bu da açıq-aşkar Nizamnamə pozuntusudur”. \\Pravda.az