📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yağış Gəncə və Göyçayda fəsadlar yaratdı - Video

2026-10-03 15:37:35

Yağış Gəncə və Göyçayda fəsadlar yaratdı - Video

Gəncə və Göyçayda yağan güclü yağış fəsadlar yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncədə gecə saatlarından başlayan yağış şəhərin bəzi ərazilərində çətinliklərə səbəb olub.

Belə ki, şəhərin Məhsəti qəsəbəsinin Müşviq Adıgözəlov küçəsində toplanan yağış sularından küçə tamamilə ilə keçilməz hala düşüb.

Yağış sularının evlərə dolmaq təhlükəsi yaranıb. Bu küçədə problem artıq 3 ilə yaxındır ki, davam edir.

Göyçayda isə səhər saatlarından başlayan aramsız yağış rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində olan irigövdəli şam ağacını yola aşırıb. 

Hadisə nəticəsində yolda nəqliyyatın hərəkəti dayanıb. Piyadaların hərəkət etmələrində isə bir sıra çətinliklər yaranıb.

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Yunis Quliyev