📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yağış yağacaq, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

2022-05-13 18:00:00

Yağış yağacaq, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.