📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yağış yağacaq, külək güclənəcək - Sabahın havası

2026-11-15 15:47:15

Yağış yağacaq, külək güclənəcək - Sabahın havası

Azərbaycanda noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.net  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-17° isti, dağlarda 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.