📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yağışlı hava ilə əlaqədar yolda sürət həddi endirilib

2024-09-23 22:54:24

Yağışlı hava ilə əlaqədar yolda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Xətai rayonu Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə “Hurriyyet.Az”a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.