Yair Lapid İsrailin müvəqqəti baş naziri seçilib
2022-07-01 13:37:00
İsrailin yeni baş naziri bəlli olub. İsrail parlamentinin buraxılmasının ardından ötən gün ölkənin xarici işlər naziri və koalisiya hökumətinin memarı Yair Lapid ölkənin müvəqqəti baş naziri seçilib.
Lapid İsrail tarixində 14-cü baş nazirdir, lakin onun baş nazirlik müddəti az olacaq və noyabrın əvvəlində keçiriləcək seçkilərə qədər davam edəcək.
Amerika prezidenti Co Bayden paylaşdığı tvitdə Yair Lapidi təbrik edib.
Ülviyyə, Hurriyyet.az