📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YALAN - Şeir

2023-04-11 14:42:00

YALAN - Şeir

Bir səhnədir bu dünyamız,
Oynayırıq, dogru-yalan.
Kasıblarda az tapılar,
Varlıda gəz, axtar yalan.

Xoş məramı, bəd eyləyər
Dostu bizə yad eyləyər,
Pis ruhları şad eyləyər,
Saf könülə, qəlbə ziyan.

Aradan inam gedəndə,
Qəlblərdən iman gedəndə,
İnsanda güman gedəndə,
Günahkardır, yalnız yalan.

Şirin sözlərə baxanda,
Sirli gözlərə baxanda,
Gülən üzlərə baxanda,
Yalandır hey yalan, yalan.

ŞAMİL

10.04.2023.