Yalnız Ərdoğan bacardı: Dünyanın gözü İstanbulda...
2022-03-30 09:00:00
Dünya İstanbula baxır və sülh gözləyir.
Hurriyyet.az xəbər verir ki, bu sözləri alman jurnalist Volfram Veymer Rusiya-Ukrayna nümayəndələrinin İstanbul görüşü ilə bağlı məqaləsində yazıb.
Müəllif qeyd edir ki, sülh görüşmələrini Fransa, Almaniya, İsrail, İsveçrə, Roma Papası, yaxud BMT deyil, məhz Ərdoğan İstanbulda təşkil etdi:
“Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçi olaraq müəyyən edildi. Türkiyə sanksiyalara qoşulmayan yeganə NATO ölkəsidir. Ərdoğan onun əvəzinə yeni boru xətti razılaşmaları imzalayır və nəhənd nüvə stansiyasi inşa edir".