📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yamal-Avropa qaz kəmərilə mavi yanacaq axını durduruldu

2022-03-04 12:09:00

Yamal-Avropa qaz kəmərilə mavi yanacaq axını durduruldu

Ukraynadan keçməklə Avropaya qaz nəql edən Yamal-Avropa qaz kəməri ilə mavi yanacaq axını durdurulub. Bunu “Gascade” qaz nəqli operatorunun məlumatları sübut edir.
Qeyd olunur ki, Rusiya qazının Almaniyaya nəqli bu gün səhər saatlarında dayandırılıb. Almaniyadan Polşaya təbii qazın əks tədarükü də həyata keçirilmir. Halbuki bu gün 0,5 milyon kubmetrə yaxın mavi yanacağın verilməsi nəzərdə tutulmuşdu.
"Handelsblatt"ın verdiyi xəbərə görə, Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim problemləri naziri Robert Habek bundan əvvəl Almaniyanın Rusiyadan qaz nəqlinin mümkün dayandırılmasına hazırlıqlı olduğunu bildirib. 

Ülviyyə, Hurriyyet.az