Yamayka rəqəmsal valyutanı qanuni ödəniş vasitəsi elan edən ilk ölkə oldu
2022-06-23 17:27:00
Yamayka Mərkəzi Bankı rəqəmsal valyutanı qanuni ödəniş vasitəsi edən ilk ölkə oldu. Yamayka Mərkəzi Bankı "Jam-Dex" mərkəzi bank rəqəmsal valyutasını qanuni ödəniş vasitəsi kimi rəsmi olaraq tanıyan ilk ölkə oldu.
Rəqəmsal Yamayka Dolları "fiziki əskinaslara və sikkələrə təhlükəsiz və rahat alternativ təklif edir və bank hesabı olmadan istifadə edilə bilər".
Xəbər verilir ki, Yamayka Senatı mərkəzi banka Yamayka Rəqəmsal Birjası və ya "Jam-Dex" kimi tanınan rəqəmsal valyutanı tədavülə buraxmağa icazə verib. Yamayka Bankının rəhbəri Riçard Baylz "Jam-Dex"in bu ayın sonunda daxili istifadə üçün rəsmi olaraq istifadəyə veriləcəyini söylədi.
Ülviyyə, Hurriyyet.az