📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanacaq məntəqələri benzinə qatqı əlavə edir – Rəsmi

2021-11-29 13:24:00

Yanacaq məntəqələri benzinə qatqı əlavə edir – Rəsmi

Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır.

Hurriyyet.az xəbər verir ki, bunu SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi nöqsanlar müəyyən edilib:

“Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin (Aİ-92) Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır”.

SOCAR rəsmisi bildirib ki, Azərbaycanda Avro-5 standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.