📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanacaqdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ - Ölən var

2023-07-26 19:35:00

Yanacaqdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ - Ölən var

Qazaxıstanın Ekibastuz şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Hadisə nəticəsində azı bir nəfər həlak olub.

Bildirilib ki, partlayış nəticəsində 4 çən yanıb. Yanğın ərzaq mağazasına keçib, hazırda qonşu tikililərə keçməsi təhlükəsi var.

Hadisə yerinə yanğınsöndürənlər və xüsusi texnikalar cəlb olunub.

Partlayış yerinin yaxınlığında 17 yaşlı gəncin meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir. \\Trend.Az