📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanan gəmidəki şəxslərdən 12-si itkin düşüb

2022-02-19 17:54:00

Yanan gəmidəki şəxslərdən 12-si itkin düşüb

Ötən gün İon dənizində Yunanıstan sahillərində yanğın baş vermiş kruiz laynerində olan şəxslərdən 12 nəfəri itkin düşüb.

Milli.Az xəbər verir ki, onlardan yeddi nəfərinin Bolqarıstan vətəndaşı olduğu deyilir.

Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.

Xatırladaq ki, ötən gün İtaliya bayrağı altında üzən "Euroferry Olympia" laynerində yanğın baş verib.

Gəmidə 239 sərnişin və 51 heyət üzvü olub. Onların böyük əksəriyyəti xilas edilib, xəsarət alanlar olmayıb.

Milli.Az