📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər - Video

2026-09-23 13:03:14

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər - Video

Bu gün saat 09:30 radələrində Bakı-Şamaxı yolunun 93-cü km-də xidmət aparan YPX Alayının əməkdaşları hərəkətdə olan “Ford” markalı avtomobildə tüstüləmə müşahidə edib.

Hurriyyet.media xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanma aşkar edildiyindən dərhal sürücü Kənan Abdullayev və səhhətində problem olan atası nəqliyyat vasitəsindən kənarlaşdırılıb.

Alay əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsi analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.