“Yandeks”in təməlçisi Ukraynadakı savaşın əleyhinə çıxış edib
Hurriyyet.az BBC (Bi-bi-si) kanalının rus redaksiyasına istinadla xəbər verir ki, “Yandeks” proqramının əsasını qoyanlardan olan proqramçı, “Yandeks”in keçmiş baş direktoru (Avropa İttifaqının sanksiyaları ilə əlaqədar 2022-ci ilin dekabrından şirkətdəki işindən istefa verib) Arkadi Voloj 2022-ci ilin fevralından bəri ilk dəfə Rusiyanın Ukraynaya müdaxiləsindən danışıb. Hələ də Rusiyada vəsaiti olan biznesmen müharibəni pisləyib və onu barbarlıq adlandırıb.
Volojun açıqlamasında deyilir: “Rusiyanın Ukraynaya barbarcasına təcavüzünə tamamilə qarşıyam. Bir çoxları kimi mənim də Ukraynada dostlarım və qohumlarım var. Ukraynalıların evlərinə hər gün bombalar yağması məni dəhşətə gətirir”.
Biznesmenin sözlərinə görə, o, 2014-cü ildən bəri Rusiyada yaşamadığına baxmayaraq (hazırda İsraildə yaşayır), başa düşür ki, “ölkənin hərəkətlərinə görə, onun da məsuliyyət payı var.
Voloj bildirib: “Məni susmağa məcbur edən bir çox səbəblər var idi. Mənim açıqlamamın zamanı barəsində mübahisə eləmək olar, lakin mahiyyəti barəsində yox. Mən müharibənin əleyhinəyəm”.
Hürr Tərcüman