Yandırılmış məktəblər, mağazalar... - Brovaridən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR VİDEO
2022-04-06 16:12:00
Ukrayna ordusunun işğaldan azad etdiyi Brovari rayonunun kəndlərinin video-görüntüləri yayılıb.
Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, görüntülərdə yandırılan məktəblər, mağazalar və digər binalar yer alıb.
Eyni zamanda darmadağın edilən avtomobillər və qarətə məruz qalan bankomatlar da diqqəti cəlb edir.
Video-görüntülər deməyə əsas verir ki, müharibə burada mövcud olan infrastrukturu və mülki yaşayış binalarını tam məhv edib.