📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanğın “Kontakt Home”un anbarından başlayıb

2026-05-12 10:26:03

Yanğın “Kontakt Home”un anbarından başlayıb

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

Hurriyyet.az Xitab24.az-a istinadən xəbər verir ki, yanğın gecə saatlarında “Kontakt Home”un anbarından başlayıb.

İlkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub.

Yanan anbardakı əşyaların təxminən 3 milyon manat civarında olduğu bildirilir.

Qeyd edək ki, “Kontakt Home”un sahibi sabiq millət vəkili Elnur Allahverdiyevdir.