Yanğın səbəbiylə 7 min adam təxliyə ediləcək
2024-06-18 11:13:46
Hurriyyet.az xarici mətbuata istinadən xəbər verir ki ,Nyu-Meksikoda yerləşən "Koat" xəbər kanalının məlumatına görə, ştatın Ruidoso kəndinin meşə sahəsində baş verən yanğın sürətlə yayılıb.
Səlahiyyətlilər 7 min insandan əşyalarını toplamadan evlərini tərk etmələrini istəyib.
Təxminən 5 kvadrat kilometr ərazini əhatə edən yanğınla əlaqədar təhlükəsizlik məqsədilə kəndin bir hissəsinə elektrik enerjisi verilişi kəsilib.
Kənddən 121 kilometr aralıda yerləşən Rosvel şəhərində çoxlu təxliyə mərkəzləri yaradılıb.
Yanğın nəticəsində yaranan tüstü səbəbindən Ruidoso kəndi və onun ətrafında “havanın keyfiyyəti pis” siqnalı verilib.