📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanvarın 1-dən nə qədər insanın maaşı artacaq? - Nazirlik rəsmisi danışdı - VİDEO

2021-12-27 17:37:00

Yanvarın 1-dən nə qədər insanın maaşı artacaq? - Nazirlik rəsmisi danışdı - VİDEO

"Yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən və əmək haqqı vahid tarif cədvəli üzrə ödənilən 309 min nəfərin maaşı 20 faiz artacaq".

Hurriyyet.az xəbər verir ki, bu sözləri "İqtisadi zona"ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bildirib.

O əlavə edib ki, özəl sektorda çalışan şəxslərin də məvacibi artacaq: "Ümumilikdə maaş artımı 800 min nəfərə şamil olunacaq. Tarif vəzifə maaşları 250-300 AZN olan işçilərin özəl sektorda əmək haqları artacaq".