📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YAP-dan sabiq prorektor Müsavatdan keçmiş deputatla üz-üzə…

2024-07-19 23:05:02

YAP-dan sabiq prorektor Müsavatdan keçmiş deputatla üz-üzə…

Sumqayıt Dövlət Universitetinin iqtisadi məsələlər üzrə sabiq prorektoru Hacıyev Naib İsmixan oğlu da YAP-ın yeni namizədlərindəndir. Onun namizədliyi 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən irəli sürülüb. Bu dairədən deputat Oqtay Əsədov olub. YAP bu dəfə onu siyahısına salmayıb və sabiq prorektorun namizədliyini irəli sürüb.
Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb. \\Tribunainfo.az