📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YAP-ın namizədləri sabah bilinəcək

2024-07-16 21:36:04

YAP-ın namizədləri sabah bilinəcək

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti sabah toplanır.

Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, partiyanın qərargahında keçiriləcək vacib iclasın səbəbi növbədənkənar parlament seçkiləridir.

İclasda YAP-ın bu seçkilərə hansı namizədlərlə gedəcəyi müəyyənləşəcək.

Hakim partiyanın sabiq deputatlarının bu seçkilərdə iştirak edib-etməyəcəyi də maraqla gözlənilir.