📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YAP-ın növbədənkənar prezident seçkilərində namizədi o olacaq

2023-12-12 10:43:03

YAP-ın növbədənkənar prezident seçkilərində namizədi o olacaq

Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

Hurriyyet.az xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.

O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.

Tahir Budaqov qeyd edib ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.