YAP-ın təşkilat sədri vəzifəsindən azad edildi, 38 nəfər partiyadan xaric olundu
2023-03-16 21:36:00
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vəzifəsindən azad edilib.
Bu barədə Hurriyyet.Az-a partiyadan məlumat verilib.
Bildirilib ki, bu gün YAP-ın İdarə Heyətinin iclasında Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib.