📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YAP rəhbərliyi qərargaha yığışır: Namizədlər az sonra açıqlanacaq

2024-07-17 10:02:01

YAP rəhbərliyi qərargaha yığışır: Namizədlər az sonra açıqlanacaq

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək. 

Hurriyyet.az-ın məlumatına görə, partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb. 

Toplantının yaxın saatlarda başlayacağı gözlənilir. 

İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq. 

Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur. 

Modern.az