Yapon alimləri ALS xəstəliyinə çarə tapıblar
Hurriyyet.az CNN Türk kanalına istinadən xəbər verir ki, Yaponiyanın Yamaqata Universitetinin alimləri alzheymer xəstəliyinin müalicəsi üçün hazırlanan dərmanın ALS (Amiotrofik Lateral Skleroz) xəstəliyinə qarşı təsirli olduğunu bildiriblər.
ALS adlanan xəstəlik zamanı beyin və onurğadakı əzələlərin hərəkət eləməsini təmin edən sinir hüceyrələri zərər çəkir. Nəticədə xəstələr danışmaq, yemək və nəfəs almaq zamanı çətinlik çəkirlər. Hazırda ALS xəstəliyinin tam müalicəsi yoxdur.
Alzheymer xəstəliyi üçün nəzərdə tutulan dərman siçanların üzərində sınaqdan keçirilən zaman onun ALS xəstələrinin hərəkət qabiliyyətini azaldan anormal protein yığılmasının qarşısını aldığı aşkar edilib.
Yeni hazırlanan dərmanın 2024-cü ildə insanlar üzərində klinik təcrübədən keçirilməsindən sonra ALS müalicəsində yeni bir ümid olacağı gözlənilir.
Hürr Tərcüman