📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yapon alimləri yeni dişlərın çıxması yolunu kəşf ediblər - imlplanta ehtiyac olmayacaq

2023-07-20 13:40:00

Yapon alimləri yeni dişlərın çıxması yolunu kəşf ediblər - imlplanta ehtiyac olmayacaq

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, yapon alimləri insanların üçüncü dəfə diş çıxarmasına nail olublar. “Sayns Ədvansez” (“Science Advances” – “Elmi Tərəqqi”) jurnalının yazdığına görə, 2030-cu ildə insanların implant dişlərə ehtiyacı olmayacaq.

Yaponiyanın Kioto və Fukui universitetlərindən olan tədqiqatçılar insanların yeni dişlərinin çıxmasına imkan verən preparat hazırlayıblar. Araşdırmanın nəticələri “Sayns Ədvansez” jurnalında çap olunub.

Bu vasitə nəticəsində orqanizmdə USAG-1 genini əngəlləyən antitel əmələ gəlir. USAG-1 geni insanlarda və digər canlılarda dişlərin bitməsini məhdudlaşdırır. Yeni dişlər çıxara bilən akulalarda və bəzi gəmiricilərdə bu gen umumiyyətlə, işləmir.

Alimlər aşkar ediblər ki, USAG-1 geni digər genlərlə kontaktda olaraq dişlərin yenidən çıxmasının qarşısını alır. Undan sonra bu qarşılıqlı təsiri əngəlləyən preparat hazırlayıblar. Beləliklə, gələcəkdə insanlar implant qoyulmasından imtina edə bilərlər.

Dərman preparatını hazırlayan alimlər onun 2024-cü ildən etibarən insanlar üzərində sınaqdan keçirilməsini planlaşdırdıqlarını bildiriblər. Alimlər ümid edirlər ki, onların hazırladıqları vasitə sayəsində artıq 2030-cu ildə

Insanlar itirilmiş dişlərinin əvəzində implant qoyilmasına möhtac olmayacaqlar – yeni dişlər pasiyentin damağında yetişdiriləcək.

Maraqlıdır, gen səviyyəsində gəmiricilərlə eyni qabiliyyətə sahib olmaq insanların xarakterini dəyişə bilərmi?

Hürr Tərcüman