Yaponiya, ABŞ və Cənubi Koreya birgə bəyanat yaydılar
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya, ABŞ və Koreya Respiblikası Koreya Xalq Demokratik Respublikasının qitələrarası ballistik raket sınağını qətiyyətlə pislədiklərini bəyan ediblər, bu addımın BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin pozulması hesab etdiklərini bildiriblər.
Bu barədə məlumat Yaponiya XİN-in adları çəkilən üç ölkənin xarici işlər nazirliklərinin KXDR üzrə xüsusi təmsilçilərinin danışıqlarının nəticəsinin əks olunduğu birgə bəyanatda verilib.
Bəyanatda Pxenyanın addımlarının "regional təhlükəsizlik üçün ciddi təhlükə və bütün beynəlxalq ictimaiyyət üçün təhrik" olduğu deyilir.
Tokio, Vaşinqton və Seul sıx əməkdaşlıq etməyi, regiondakı qüvvələrini birləşdirməyi qərara aldıqlarını bildiriblər.
Hürr Tərcüman