Yaponiya “Bayraktar”la maraqlanır: “Qarabağ və Ukraynadakı uğurlarından sonra...”
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin istehsalı olan silahlı və silahsız dronlarına maraq günbəgün artmaqdadır. Texnologiya nəhəngi olan Yaponiyanın da “Bayraktar TB2” Silahlı Pilotsuz Uçuş Aparatından (SPUA) sınaq məqsədi ilə istifadə edəcəyi və testlərdən keçirəcəyi bildirilir. Yaponiya mətbuatında dərc edilən xəbərlərə görə, “Bayraktar TB2” dronu Qarabağ və Ukrayna müharibələrindəki uğurundan sonra Yaponiya ordusunun bu sahədə üstünlük verdiyi silahlar siyahısına daxil edilib. Qəzetlərin yazdığına görə, Yaponiya Milli Müdafiə Nazirliyinin 2023-cü il maliyyə büdcəsi çərçivəsində “Bayraktar TB2”-dən sınaq məqsədi ilə istifadə edilməsi və ölkənin Quru Özünümüdafiə Qüvvələri tərəfindən testlərdən keçirilməsi planlaşdırılır. Sınaqların uğurlu keçəcəyi təqdirdə, Yaponiyanın çox sayda “Bayraktar TB2” SPUA sifariş verməsi və “Baykar” şirkəti ilə əməkdaşlığı genişləndirməsi gözlənilir.
Qeyd edək ki, Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro aprelin 1-də “Baykar” şirkətinə gedərək idarə heyətinin başçısı Selçuk Bayraktar ilə görüşüb.
Hürr Tərcüman