Yaponiya ermənilərə 2 milyon dollar yardım göndərəcək
Hurriyyet.az xəbər verir ki, Yaponiya Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror əməliyyatı nəticəsində separatçı xunta rejiminin fəaliyyətini dayandırmasından sonra bölgəni tərk eləmiş ermənilərə 2 milyon dollar yardım ayırdığını bəyan edib. Müvafiq açıqlama Yaponiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Nazirliyin açıqlamasında deyilir: “Azərbaycanın 19 sentyabr tarixində keçirdiyi hərbi əməliyyatdan sonra 100 min nəfərdən artıq adamın köçdüyü faktını nəzərə alan Yaponiya hökuməti Beynəlxalq Qırmızı Xaç və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına qeyri-ərzaq məhsulları, tibb, müdafiə və su təchizatı sahələrinə xərclənməsi üçün 2 milyon ABŞ dolları məbləğində qarşılıqsız fövqəladə yardım verəcək”.
Hürr Tərcüman