Yaponiya firmaları Rusiyada fəaliyyətlərini dayandırmağa başladılar
Hurriyyet.az “TRT Haber” kanalına istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar Qərbin ona qarşı tətbiq elədiyi sanksiyalara Yaponiya firmaları da qoşulublar. Müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlər bu qərarı veriblər.
“Toyota Motor” “Yaponiya hökumətinin tövsiyəsi və yerli sektorun vəziyyəti ilə əlaqədar” 30 əməkdaşını və 20 nəfər ailə üzvünü Rusiyadan təxliyə eləməyi qərara alıb.
JCB kredit kartı şirkəti Rusiyada fəaliyyətini dayandırıb. “Nintendo” video oyun istehalçısı onlayn mağazasını bağlayıb.
Yaponiyanın avtomobil istehsalçılarından olan “Nissan”, “Subaru”, “Mitsubişi” də bu qərarı verməyə hazılaşırlar.
Mədən, inşaat və meşə təsərüfatı avadanlıqlarını istehsal edən “Komatsu” da əməkdaşlarını geri çağırır.
“Yaponiya Hava Yolları” şirkəti ötən ayın sonunda Rusiyaya uçuşları dayandırdığını bildirmişdi.
“Teikoku Databank”ın məlumatına görə, 2022-ci ilin fevralına qədər Rusiyada 347 Yaponiya firması fəaliyyət göstərib.
Hürr Tərcüman