📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya hökumətinə kimin rəhbərlik edəcəyi bəlli oldu

2024-10-01 11:00:35

Yaponiya hökumətinə kimin rəhbərlik edəcəyi bəlli oldu

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın hakim liberal-demokrat partiyasının sədri Siqeru İsiba parlamentdə ölkənin 102-ci Baş naziri seçilib. Deputatların əksəriyyəti onun lehinə səs verib.
Oktyabrın birində Yaponiya imperatoru Naruxitonun İsibanın Baş nazir seçilməsi qərarını təsdiqləməsi gözlənilir. 
Bu gün səsvermədən əvvəl keçmiş Baş nazir Fumio Kisidanın hökuməti tam tərkibdə istefa verib.
67 yaşlı İsida bundan əvvəl müdafiə naziri, kənd təsərrüfarı naziri postlarını tutub. Yaxın saatlarda onun yeni hökuməti formalaşdırması gözlənilir.
Hürr Tərcüman