📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya Mərkəzi Asiya ilə birgə TransXəzər dəhlizində iştirakda maraqlıdır

2022-12-27 17:33:00

Yaponiya Mərkəzi Asiya ilə birgə TransXəzər dəhlizində iştirakda maraqlıdır

Yaponiya Mərkəzi Asiya ölkələrini Transxəzər dəhlizində əməkdaşlığı dərinləşdirməyə dəvət edib.
Yaponiyanın XİN naziri Yoşimasa Hayaşi “Mərkəzi Asiya+Yaponiya” nazirlər görüşündə bildirib ki, Yaponiya Mərkəzi Asiyada davamlı inkişafa nail olmaq üçün “insan resursuna sərmayə” və “artım keyfiyyətinə” xüsusi diqqət yetirməklə yeni inkişaf modelini təşviq etmək istəyir.
Həmçinin, ağır beynəlxalq vəziyyəti nəzərə alaraq, iştirakçılar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığa dair də fikir mübadiləsi aparıb və bu məsələnin ətraflı müzakirəsi üçün gələn ilin birinci rübündə bu məsələ ilə bağlı konfransın keçirilməsi barədə razılığa gəliblər.
“Mərkəzi Asiya+Yaponiya” formatında növbəti nazirlər görüşü Qazaxıstanda keçiriləcək.

Ülviyyə, Hurriyyet.az