Yaponiya öz vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırdı
2022-01-24 17:04:00
Müharibə təhlükəsi
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyi öz həmvətənlərini Ukraynaya bütün səfərlərdən imtina eləməyə çağırıb. Hazırda Ukraynada olan vətəndaşlara isə təcili şəkildə oranı tərk eləmək üçün kommersiya reyslərindən istifadə eləmək çağırışı edilib. Bunun səbəbinin “Rusiya-Ukrayna sərhədindəki gərginlik” olduğu bildirilir.
Hürr Tərcüman