📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya parlamentində UNO ilə bağlı qrup yaradılacaq

2024-05-30 16:50:53

Yaponiya parlamentində UNO ilə bağlı qrup yaradılacaq

Hurriyyet.az xəbər verir ki, Yaponiya parlamentinin deputatları UNO üzrə xüsusi qrup yaratmağı planlaşdırırlar. Qrup ölkə səmasında qeydə alınmış uçan naməlum obyektlərlə bağlı məsələlərlə məşğul olacaq. Bu barədə "Dzidzi" agentliyi məlumat verib.
Qrupun ilk iclası iyunun 6-da keçiriləcək. Onun sədri keçmiş müdafiə naziri Yasukadzu Xamada olacaq.
Deputatlar ölkə səmasında qeydə alınan naməlum obyektləri tədqiq edəcək təşkilat yaratmağı hökumətdən xahiş edəcəklər. Bu məsələdə ABŞ ilə əməkdaşlıq etmək təklif edilir. Xəbərdə bildirilir ki, Pentaqonda da bu məqsədlə xüsusi idarə fəaliyyət göstərir.
Partiyalararası qrupun yaradılmasının təşəbbüskarlarının fikrincə, Yaponiya üzərində görünən obyektlər digər ölkələrin ən son məxfi silahları və ya pilotsuz kəşfiyyat vasitələrinin nümunələri ola bilər. Onlar bildirirlər ki, belə olan halda, bu obyektlər Yaponiyanın təhlükəsizliyi üçün təhdid ola bilər.
Hürr Tərcüman