Yaponiya Putinin Kuril adaları ilə bağlı qərarına etirazını bildirdi
Hurriyyet.az xəbər verir ki, Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarında gömrüksüz bölgə qurulması və 10 il müddətində xarici firmaların sərmayələrinin vergidən azad edilməsi planına etirazını bildirib.
Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda Kuril adaları ilə bağlı bəyan elədiyi planı etirazla qarşılayıb.
Kato Kuril adalarında gömrüksüz region qurulması planının Yaponiya ilə Rusiya arasındakı adalar üzərində iqtisadi tədbirləri əhatə edən razılaşmaya əks olduğunu söyləyib. Kato bu planın “ölkəsinin adalarla bağlı mövqeyinə əks olduğunu”, “hal-hazırda iki ölkə arasında davam edən müzakirələrə zidd olduğunu” bildirib.
Kato Yaponiyanın adalarla bağlı qanuni mövqeyinə zərər vermədən iqtisadi fəaliyyətlərlə bağlı qanun layihəsinin Moskva rəhbərliyinə təqdim edildiyini bəyan edib.
Putin Rusiyada “Cənubi Kuril”, Yaponiyada “Şimal rayonları” adlanan və iki ölkə arasında mübahisəli ərazi olan Kuril adalarında Yaponiya və digər xarici ölkələrin şirkətlərinin ticarət investisiyalarının 10 il müddətinə vergidən azd ediləcəyini söyləmişdi.
Kuril problemi
İkinci Dünya Müharibəsinin sonunda, 1945-ci ildə Sovet İttifaqı Yaponiyanın Sakit Okean ilə Oxot dənizini bir-birindən ayıran və təqribən 1300 kilometr boyunca uzanan Kuril adalarını işğal eləyib.