📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya Rusiya banklarına qarşı sanksiya qoydu, kömür idxalını dayandıracağını bildirdi

2022-04-08 15:16:00

Yaponiya Rusiya banklarına qarşı sanksiya qoydu, kömür idxalını dayandıracağını bildirdi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya Rusiyanın “Sberbank” və “Alfabank” banklarını sanksiyalar siyahısına salıb, həmçinin Rusiyaya yeni investisiyalar qoymağı qadağan edib. Bu barədə açıqlamanı Yaponiyanın Baş naziri Fumio Kisida verib. Kisida deyib: “Baş verən hadisələrdən sonra biz Rusiya banklarına, o cümlədən “Sberbank” ilə “Alfa-bank”a qarşı sanksiyaları genişləndiririk”. Kisida Rusiyaya yeni sərmayələrin qoyulmasını qadağan elədiyini də əlavə edib.

Hazırda Yaponiya Rusiyaya qarşı bir neçə sanksiya paketini irəli sürüb. Bu sanksiya siyahısına Rusiyadan olan 101 şəxsin soyadı və 130 təşkilatın adı daxil edilib. Həmçinin 300-ə yaxın məhsulun, o cümlədən dəbdəbə əşyalarının ixracatı qadağan edilib.

Kisida bu gün keçirdiyi mətbuat konfransında Yaponiya hökumətinin Rusiyadan kömür idxalını getdikcə azaldaraq, zaman keçdikcə onun gətirilməsini tamamilə qadağan eləmək niyyətində olduğunu da bildirib: “Biz gələcəkdə Rusiya kömürünün idxalından tamamilə imtina eləmək niyyətindəyik. Qısa müddət ərzində alternativləri təmin edərək, idxalı xeyli məhdudlaşdıracağıq və enerji sektorunda Rusiyadan asılılığı azaldacağıq”.

Hürr Tərcüman