📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya Rusiya qazından imtina edə bilər - Səbəb

2025-03-27 16:53:20

Yaponiya Rusiya qazından imtina edə bilər - Səbəb

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın avtomobil idxalına qoyduğu yeni gömrük rüsumlarının  ləğv olunması üçün Yaponiya Rusiya qazından imtina edə bilər.
Bu barədə Yaponiyanın "Nikkei" agentliyi məlumat verib.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosimasu Xayasi Yaponiyanın avtomobil sənayesinin ABŞ-ın yeni tarix rejimindən azad olması  üçün  hökumətin danışıqlar aparacağını bəyan edib.
Agentliyə məlumat verən iqtisadçılar bildiriblər ki, hökumətin atmağa razı olduğu addımlar arasında bir neçə variant var. Məsələn, Birləşmiş Ştatlardan taxıl, ət və təbii qaz alınmasını artırmaq. Bu isə, Rusiya qazının ABŞ qazı ilə əvəz olunmasına səbəb ola bilər. 2023-cü ildə Yaponiyanın idxal elədiyi təbii qazın 8,9 faizi Rusiyanın, 7,2 faizi isə Amerikanın payına düşüb.
Hürr Tərcüman