📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya Rusiyanın 398 vətəndaşının vəsaitlərini donduracaq

2022-04-12 12:00:00

Yaponiya Rusiyanın 398 vətəndaşının vəsaitlərini donduracaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynadakı müharibə səbəbindən Yaponiya Rusiyanın 398 vətəndaşının və 28 təşkilatının vəsaitlərini donduracaq.

Sanksiya siyahısına RF Prezidenti V.Putinin qızlarının – Yekaterina Tixonova ilə Mariya Vorontsovanın da adları salınıb.

Sanksiya siyahısına RF XİN rəhbəri Sergey Lavrovun həyat yoldaşı da salınıb.

Hökumət yapon şirkətlərinə və vətəndaşlara RF iqtisadiyyatına yeni sərmayələr qoymağı da qadağan edir.

Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Matsuno Xirokadzu mətbuat konfransında qeyd edib ki, Moskvaya qarşı sərt sanksiyaların tətbiq edilməsində məqsəd Rusiya-Ukrayna müharibəsinin daha da alovlanmasının qarşısını almaq və tez bir zamanda atəşkəsə nail olmaqdır.

Hürr Tərcüman