Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar qoydu
2022-09-26 10:54:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Yaponiya hökuməti Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya paketinə 21 təşkilatın adı daxil edilib. Həmçinin, kimyəvi silah istehsalında istifadə edilə biləcək məhsulların Rusiyaya tədarük edilməsi də Yaponiya hökuməti tərəfindən qadağan edib. Bu barədə məlumat Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye nazirliyinin saytında dərc edilib.
Hürr Tərcüman