📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya Şimali Koreyanın iki ballistik raket sınağı keçirdiyini bəyan etdi

2021-10-19 13:30:00

Yaponiya Şimali Koreyanın iki ballistik raket sınağı keçirdiyini bəyan etdi

 

 

Hurriyyet.az “Yeni akit” nəşrinə istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Kişido Fumio mətbuata açıqlamasında Şimali Koreyanın iki ballistik raketi sınaqdan keçirdiyini, hadisə zamanı ölən və yaxud yaralananın olmadığını açıqlayıb.

Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Matsuno Hirokazu isə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin qərarlarını pozan sınaqların Yaponiya hökuməti tərəfindən pisləndiyini bildirib.

Yaponiyanın Sahil Təhlükəsizliyi raketlərin düşmüş ola biləcəyi rayonlarda yapon gəmilərinin həyəcan siqnalı verdiyini açıqlayıb.

Cənubi Koreyanın Baş Qərargahının açıqlamasında raketlərdən birinin Şimali Koreyanın şərqindəki Sinpo rayonundan yerli vaxtla 10.17-də Yapon dənizinə atıldığı bildirilib.

Cənubi Koreyanın hərbi mənbələrindən mətbuata verilən məlumatda digər raketin sualtı qayıqdan atıldığı xəbər verilir.

Şimali Koreya 15 sentyabrda qısa mənzilli ballistik, 28 sentyabrda isə hipersonik raket sınaqları keçirmişdi.

Hürr Tərcüman