📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya Tayvanı mühüm tərəfdaş hesab edir

2024-01-15 08:50:01

Yaponiya Tayvanı mühüm tərəfdaş hesab edir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya Tayvanı mühüm tərəfdaş hesab elədiyini bəyan edib. 
Yaponiyanın Nazirlər Kabinetinin  baş katibi Yosimasa Hayasi mətbuat konfransındakı çıxışı zamanı Tayvanda keçirilən seçkilərlə bağlı sualın cavabında Tokionun ada ilə əməkdaşlığı dərinləşdirəcəyini, qeyri-hökumət səviyyəsində işgüzar münasibətlərin davam edəcəyini qeyd edib.
Hayasi Tokionun Tayvan adası ilə Çin arasındakı məsələnin sülh yolu ilə həll edilməsinə ümid bəslədiyini bəyan edib.
Yanvarın 13-də Tayvanda ada administrasiyasının başçısının və parlament üzvlərinin seçkiləri keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə indiki administrasiya başçısının müavini Lay Çinde seçicilərin 40,05%-nin səsini qazanaraq qalib gəlib. O, rəhbər vəzifəsinin icrasına may ayından etibarən başlayacaq.
Tayvan 1949-cu ilin may ayından etibarən müstəqil şəkildə idarə olunsa da, Pekin onu ÇXR-in vilayətlərindən biri hesab edir.
Hürr Tərcüman